AZ

“Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəni dəstəkləməyə davam edəcəyik"- Abbas Abbasov

Image

Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir. Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tez-tez suallar yaranır ki, həmin ölkələrin aksiyalarında Azərbaycan bayrağı dalğalanır. Qeyd etmək lazımdır ki, bu Azərbaycanın onlara göstərdiyi dəstəklə əlaqədardır.

“Bakı Təşəbbüs Qrupu Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəni dəstəkləməyə davam edəcək.

Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimlasiya kosnsepsiyasi 2 əsas xətt üzrə təhlil edilib.

Burada müstəmləkəçiliyin yerli yerli icmalar üzrərindəki mənfi təsirləri və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsi əsas istiqamətlər olub”, - o deyib.

"Bizim atdığımız addımlar beynəlxalq hüquqa əsaslanır" deyən A.Abbasov bildirib ki, Fransa tərəfinin Azərbaycanı nədəsə ittiham etməsinin heç bir əsası yoxdur.

“Yeni Kaledoniya ədalətli şəkildə öz hüquqlarını tələb edir. Azərbaycanın dəstəyi də onların bu mübarizəsini davam etdirməyə imkan verir”, - deyə A.Abbasov əlavə edib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
baki-xeber.com

5Mənbələr