AZ

Milli Məclisdə Mərakeş Parlamentinin komitə sədri ilə görüş olub

Milli Məclisin sədrmüavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 2-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının Təhsil, mədəni və sosial işlər komitəsinin sədri Abdelrahman Drissi ilə görüşüb. "Olaylar" xəbər verir ki, qonağı salamlayan Fəzail İbrahimli onun VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirib. Vitse-spiker cənab Prezident İlham Əliyevin forumda etdiyiçıxışındakı fikirlərin regional və qlobal təhlükəsizlik üçün aktuallığını vurğulayıb, forum çərçivəsində keçirilən müzakirələrinəhəmiyyəti barədə fikirlərini bölüşüb.

Vitse-spiker qonaqlara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi qərb dairələrinin haqsız təzyiqləri ilə üzləşməsindən söz açıb,regionda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıb.

Söhbətdə qonaq Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri yüksək dəyərləndirib, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun MəmmədovAzərbaycan və Mərakeş arasında münasibətlərbarədə fikirlərini açıqlayıb.Tədbirdə Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
olaylar.az

4Mənbələr