AZ

Dolu şüşəni qırdı, təyyarə geri qayıtdı - FOTO

Hindistanın Vistara Airlines şirkətinin təyyarəsi ciddi zədələnib. 

Avtosfer.az xəbər verir ki, Bubanesvar-Dehli reysini yerinə yetirən təyyarə havaya qalxdıqdan sonra güclü doluya düşüb. Dolu təyyarənin burnunu zədələyib, alın şüşəsini sındırıb. Havaya qalxdıqdan cəmi 10 dəqiqə sonra gəmi komandiri təcili olaraq aeroporta qayıtmaq üçün icazə istəyib. 


Pilot 180 sərnişin olan təyyarəni yenidən uğurla hava limanına endirib və bütün sərnişinlər sağ-salamat təxliyə olunub. 
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər ayrı təyyarə ilə Dehliyə yolsa salınıb, zədəli təyyarə texniki baxışa göndərilib.

 

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
avtosfer.az

1Mənbələr