AZ

Ramin Məmmədovun deputat səlahiyyətinə xitam verildi

Image

Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
baki-xeber.com

10Mənbələr