AZ

BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü keçirilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, görüş zamanı tələbələrə İdarənin strukturu, vəzifə bölgüsü və istintaq orqanları ilə əlaqələr barəsində ətraflı məlumat verilib.
 
Tələbələr inzibati bina ilə yaxından tanış olublar. Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində cinayətlərin üstünü açmaq üçün istifadə olunan texnikalar, kriminalistik çantalar və digər avadanlıqlar tələbələrə əyani şəkildə göstərilib, onlar haqqında ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
moderator.az

1Mənbələr