AZ

Azərbaycan Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının Departament direktoru ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB)Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı vəSosial İnkişaf Departamentinin direktoru Sofiya Şakil ilə görüşkeçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev AzərbaycanlaAsiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın olduğunubildirərək, son illər birgə regional fəaliyyətin dinamik şəkildəinkişaf etdiyini vurğulayıb.

Mütərəqqi texnoloji həlldən istifadə səhiyyə sistemində aparılanislahatların əsasını təşkil etdiyini diqqətə çatdıran TeymurMusayev, sektorun təkmilləşdirilməsinin, xüsusilə dərəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmizüçün prioritet məsələ olduğunu bildirib. Nazirin sözlərinə görə,Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdəqabaqcıl beynəlxalq təcrübə baxımından xüsusi əhəmiyyət kəsb edir.Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi Asiya İnkişaf Bankı iləəməkdaşlığın genişləndirməsinə önəm verir.

Səmimi qəbula görə minnətdarlığını bildirən AİB-nin Departamentdirektoru ölkəmizin səhiyyə sistemində aparılan innovativislahatların dəstəkləndiyini vurğulayıb. Sofiya Şakil Asiya İnkişafBankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün ÖlkəTərəfdaşlığı Strategiyasının (ÖTS) həyata keçirməsinə başladığınıqeyd edib. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycantərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyəsektorunda əməkdaşlıq hədəflərini müəyyən edir. Sofiya Şakil Asiyaİnkişaf Bankı tərəfindən Azərbaycan səhiyyə sektoruna hər zamandəstəklənməsinə hazır olduğunu da vurğulayıb.

Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıqvə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
5
az.trend.az

6Mənbələr