Qeyd edək ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edən "AzerGold" istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dollarıdır. Yeni istiqrazlar illik 6% kupon dərəcəsi ilə emissiya edilib.
Xatırladaq ki, "AzerGold" QSC tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayter qismində çıxış etdiyi "AzerGold" istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31