AZ

Hava Limanı-Mərdəkan-Zağulba yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Hava

Bakı, 2 may, AZƏRTAC

Mayın 3-də saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci kilometrində (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
37
azertag.az

10Mənbələr