AZ

Gürcü nazir: Qara dəniz sualtı kabel layihəsi ən iddialı regional enerji layihəsidir

Qara dəniz sualtı kabel layihəsi regional enerji əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. O, regional enerji layihəsi kimi, bu gün ən iddialı layihədir.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə keçirilən Asiya İnkişaf Bankının 57-ci illik toplantısındakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, bu flaqman layihə həm Avropa, həm də Qafqaz regionu üçün əhəmiyyətlidir. Qara dəniz sualtı kabel layihəsi təkcə tədarük marşrutlarının şaxələndirilməsinə və tədarük risklərinin azaldılmasına xidmət etmir, eyni zamanda, Gürcüstanda və daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişafını təşviq etmək üçün böyük potensiala malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
ikisahil.az

2Mənbələr