AZ

Müğənnidən Qəzzaya 2 milyonluq yardım

Bir çox hit mahnıların yaradıcısı, məşhur Qremmi mükafatlı müğənni The Weeknd Qəzzaya 2 milyon dollar bağışlayıb.

Olaylar xəbər verir ki, məşhurlar Qəzzanı unutmur və ianə verməyə davam edirlər.

Məşhur kanadalı sənətçi və "The Weeknd" adlı səhnə adı ilə tanınan WFP-nin xoşməramlı səfiri Abel Tesfaye Qəzzaya 2 milyon dollar ianə edib. XO Humanitar Yardım Fonduna yardım edən müğənni Qəzzaya 18 milyon çörək paylanmasına dəstək olub.

Qeyd edək ki, Qremmi mükafatına layiq görülmüş müğənni 2021-ci ilin oktyabrında Ümumdünya Ərzaq Proqramının (Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı) xoşməramlı səfirlərindən biri təyin edilib.

Digər tərəfdən, müğənni The Weeknd son aylarda Spotify rekordunu qırıb. The Weeknd-in ikonik mahnısı "Blinding Lights" platformada 4 milyard dinləməni keçən ilk mahnı oldu.

Mahnı Ed Sheeranın "Shape of You" mahnısını taxtdan salıb. Spotify-da ən çox dinlənilən mahnı "Shape of You" idi. (Bakupost)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
olaylar.az

2Mənbələr