AZ

Norveçli səyahətçilər Cıdır düzündə olublar

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada Cıdır düzündə olub.

525.az xəbər verir ki, qonaqlar Şuşa qalasına da baş çəkib, şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistanın işğal zamanı törətdiyi cinayətlərin nəticələrini gözləri ilə görüblər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar ("Report").






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
9
525.az

10Mənbələr