AZ

Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası aşkarlanıb VİDEO

Bakı, 2 may, AZƏRTAC

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması sahəsində tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyənləşdirilib.

Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 bıçaq və 14 balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T. Əsgərzadə barədə araşdırmalar davam etdirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
22
azertag.az

10Mənbələr