AZ

Beynəlxalq marşrutlardakı avtobuslara biletlər qaytarılarkən ödənişin geri ödənməsi qaydası müəyyənləşib

Beynəlxalq müntəzəm marşrutlar üzrə biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılacaq.

Bu, Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

    Qərara əsasən, şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşınması üçün gediş biletlərinin və ödəniş alətinin satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi satış məntəqələrində, bilet kassalarında və elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçiriləcək.

    Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə biletlərin satışı avtovağzalların (avtostansiyaların) kassaları tərəfindən, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir. Biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılır.

    Sərnişinlərdə biletlərin və ya digər gediş sənədlərinin olması sürücü, yaxud konduktor tərəfindən sərnişinlər avtobusun salonuna daxil olduqda yoxlanılır. Daşıyıcı bilet satışını avtovağzalın (avtostansiyanın) kassaları vasitəsilə, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirdikdə, bilet satışından əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş müvafiq faizini, avtovağzalın (avtostansiyanın) sərnişin daşınmasının təşkili ilə bağlı xərclərinin qarşılanması üçün avtovağzalın (avtostansiyanın) hesabına köçürəcək. Müqavilə üzrə faiz məbləği I kateqoriya avtovağzallar üzrə 22%-dək, II kateqoriya avtovağzallar üzrə 18%-dək I kateqoriya avtostansiyalar üzrə 15%-dək, II və III kateqoriya avtostansiyalar üzrə isə 10%-dək olmaqla müəyyən edilə bilər.

    Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında biletlərin əvvəlcədən satışı təşkil edilə bilər. Gediş sənədinin (biletlərin) əvvəlcədən satışı avtobusun yola düşməsinə 30 gün qalmış başlayacaq və 2 saat qalmışadək davam edəcək.

    Ən sərfəli kredit üçün müraciət et

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    107
    16
    banco.az

    10Mənbələr