Yeni mövsüm üçün İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
QOL.az xəbər verir ki, B seriyasının lideri "Parma"nın mövsümün sonuna iki tur qalmış elitaya yüksələcəyi rəsmiləşib.
36-cı turda "Bari" ilə heç-heçə (1:1) edən və 74 xalı olan komandanın ilk iki yerdən birini tutacağı dəqiqdir.
Qeyd edək ki, "Parma" sonuncu dəfə 2020-2021 mövsümündə A seriyasından B seriyasına düşmüşdü.