AZ

Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür - Baş katib

Bakı. Trend:

Bu gün mədəniyətlərimiz təhdidlərlə üzləşməkdədir. Müharibələr,təbii fəlakətlər və digər amillər mədəniyyətimizi təhdid edir.

Trend-in məlumatına görə, bunu Beynəlxalq ParlamentarilərKonqresinin baş katibi Sitara Ayaz Bakıda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsinqorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr”mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorumasında parlamentlərin üzərinəböyük vəzifə düşür.

“Lakin mədəni irs sadəcə qanunlarla qoruna bilməz. Bunun üçünmaraqlı tərəflər, o cümlədən dövlət qurumları, vətəndaş cəmiyyətitəşkilatları, yeri icmalar öz üzərinə düşən vəzifəni yerinəyetirməlidir.

Azərbaycanın əsrlər boyu zəngin mədəni irsi mövcud olub.Azərbaycan mədəni irisin qorunmasında mühüm işlər həyata keçirir.Eyni zamanda belə bir platforma yaratdığı üçün Azərbaycanatəşşəkkür edirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
az.trend.az

4Mənbələr