AZ

Əri tərəfindən öldürülən Sevincin toy görüntüləri - FOTO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Olaylar xəbər verir ki, o, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb.

Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş.

Hadisə baş verən gün Laçın Əhmədağayev Sevincin qardaşına zəng edərək evlərinə çağırıb:

"Biz elə bildik ki, Sevinc özünü vurub, yoldaşı ilə dalaşıb, özünə nəsə edib. İçəri girdik, ağ xalça, qız ortalıqdadır. Bu hadisə uşağın gözünün qarşısında olub. Bu necə bir varlıqdır ki, ananı övladının gözü qarşısında qətlə yetirib", - mərhumun qohumu deyib. (Baku TV)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
19
olaylar.az

10Mənbələr