AZ

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günüdür

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Olaylar/az xəbər verir ki, forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.

Həmçinin, bu gün forumun bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, "Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
36
olaylar.az

10Mənbələr