AZ

Magistral YOL ÇÖKDÜ:18 maşın dağıntılar altında qaldı - YENİLƏNİB 3

Çinin Quandun əyalətində sürətli yolun bir hissəsinin çökdüyü yerdə dağıntıların təmizlənməsi işləri davam edir.

Avtosfer.az xəbər verir ki, yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

“Saat 05:30-a (Bakı vaxtı ilə 01:30) olan məlumata görə, dağıntılar altından 23 avtomobil aşkar edilib, 36 nəfər ölüb, 30 nəfər yaralanıb, onların həyatı üçün təhlükə yoxdur”, - məlumatda deyilir.

15:14
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

09:34

Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində 19 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

 

07:51

Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Olay yerinə gələn xilasedicilər dağıntılar altından 31 nəfəri qurtarıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
5
avtosfer.az

10Mənbələr