AZ

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.“Faktmedia” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə deyilir.Məhdudiyyət 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.Sanksiyaya məruz qalanlar arasında Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyə şirkətləri də var.Sanksiya tətbiq olunan Azərbaycan şirkəti isə “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır.Şirkət anti-Rusiya sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur. Sənəddə qeyd edilir ki, qara siyahıya düşən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən Rusiya iqtisadiyyatının sektorları ilə işləyir və ya işləyirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
10
faktmedia.az

10Mənbələr