AZ

Çempionlar Liqası: "Borussiya" - PSJ matçının taleyini bir qol həll etdi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

BAKU.WS xəbər verir ki, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1-0 qələbəsi ilə bitib.

Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub.

Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.

Xatırladaq ki, ötən gün "Bayern" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.

Klublar arasında cavab oyunu mayın 8-i baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
4
baku.ws

5Mənbələr