AZ

Azərbaycanda 4 ulduzlu hotellərdə qiymət artdı

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 112 manat təşkil edib.

Publika.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən bildirir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 210,4 manat olmaqla Naftalanda qeydə alınıb. Ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb.

İkinci yerdə 187,9 manat olmaqla Qəbələnin hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 56,6 % çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
23
publika.az

10Mənbələr