AZ

Türkiyədə 1 May aksiyalarındatoqquşmalar:ONLARLA POLİS ƏMƏKDAŞI YARALANIB

Türkiyədə “1 May” nümayişləri zamanı 30-a yaxın polis yaralanıb.

 

Bu barədə Türkiyənin daxili işlər naziri  Ali Yerlikaya “X” hesabında yazıb.

 

Nazirin sözlərinə görə, Əmək və Həmrəylik Günündə ölkənin 78 vilayətində 210 etiraz aksiyası keçirilib, nəticədə polis 226 nəfəri saxlayıb. Tutulanların əksəriyyəti (217 nəfər) əvvəllər səlahiyyətlilər tərəfindən qadağan edilmiş İstanbulun Taksim meydanına keçməyə çalışıb. Bundan başqa Tunceli, Kahramanmaraş və Aydında da həbslər həyata keçirilib.

 

“Bu hadisələr zamanı hüquq-mühafizə orqanlarının 28 əməkdaşı yüngül xəsarət alıb”, - nazir bildirib.

 

Türkiyə polisinin hesablamalarına görə, ölkə boyu “1 May” nümayişlərində 241 minə yaxın insan iştirak edib.


Xatırladaq ki, mayın 1-də Avropanın və dünyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib.

 

İspaniyada minlərlə nümayişçi iş həftəsinin qısaldılmasını tələb edib.

 

Parisdə nümayiş zamanı kustar üsulla hazırlanmış bomba partladılıb.

 

Ştutqartda isə polis nümayişçilərə qarşı dəyənək və bibər qazından istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
senzor.az

3Mənbələr