AZ

Ağıllı üzük mayın ortalarında təqdim ediləcək

2024-cü ilin əvvəlində elan edilən “Amazfit Helio Ring” – aktiv istifadəçilər və idmançılar üçün nəzərdə tutulmuş ağıllı üzük mayın 15-də satışa çıxarılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “GSMArena” portalı məlumat yayıb.

ABŞ-da cihazın qiyməti 300 dollar təşkil edəcək. Bundan əlavə, müştərilərə cihazı “Amazfit Cheetah Pro” və ya “Amazfit T-Rex Ultra” ağıllı saatı ilə birlikdə alarkən endirimlə təklif olunacaq – bu halda üzük 150 dollara başa gələcək.

Bildirilir ki, əvvəlcə üzüklərin ölçüləri məhdudlaşdırılacaq, lakin gələcəkdə çeşidin genişləndirilməsi planlaşdırılır. ABŞ-da satışa çıxarıldıqdan sonra cihaz digər beynəlxalq ticarət platformalarında da satışa çıxarılacaq.

Funksional olaraq, “Amazfit Helio Ring” ağıllı saatları təkrarlayır, bu da istifadəçinin fiziki göstəricilərini, o cümlədən atılan addımların sayını, yandırılan kaloriləri və daha çoxunu izləməyə imkan verir.

Gözlənilir ki, bu ilin iyulunda Fransada keçiriləcək təqdimatda “Samsung” özünün ağıllı üzük “Galaxy Ring”i rəsmi olaraq təqdim edəcək, həmçinin cihazın qiymətini və satışa başlama tarixini açıqlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
nocomment.az

2Mənbələr