AZ

Gürcüstan DİN: Etirazçılara rezin güllələrdən istifadə edilməyib

Tarix: 2 May 2024 00:46

Polisin etirazçılara rezin güllələrdən istifadə etməyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Aleksandre Darakvelidze keçirdiyi brifinqdə bildirib.
O, polisin yalnız gözyaşardıcı qaz və su şırnağından istifadə etdiyini deyib.
Darakvelidze nümayişçilərin parlamentə daxil olmağa çalışdığını, polisə gözyaşardıcı qazdan istifadə etdiyini əlavə edib.
Yerli KİV rezin güllə nəticəsində bir nəfərin gözündən yaralanması, daha bir nəfərin isə qazdan zəhərlənməsi ilə həmin şəxslərin xəstəxanaya aparılması barədə məlumat yayıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
sonxeber.net

4Mənbələr