AZ

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - FOTO

Mayın 1-də Özbəkistan Prezidenti Şövkət Mirziyayev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi kontekstində praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsi 27 faiz, ilin əvvəlindən isə daha 15 faiz artıb. Avtomobil sənayesi, energetika, kənd təsərrüfatı, elektrotexnika, tekstil, turizm və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
15
publika.az

3Mənbələr