AZ

Küllü-miqdarda pul ödəyib obyekt aldı, sahibi başqası çıxdı – ŞİKAYƏT + VİDEO

Küllü-miqdarda pul ödəyib paytaxtda, yeni tikilən binadan obyekt alan şəxs, təsadüfən onun başqasına satıldığını öyrənib. Hadisə Bakı şəhər sakini Nail Cəfərovun başına gəlib. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 20-də tam məbləği ödəməklə şəhər mərkəzində 145 kv/m sahəsi olan obyekt alıb. MTK rəhbəri Anar Həsənovla arasında müqavilə bağlanıb və ona vəsaitin tam ödənilməsini özündə əks etdirəm maliyə arayışı və yerin sənədi verilib. Obyektdə təmir işləri görmək üçün bir müddət binanın tam təhvil verilməsini gözləyən Nail Cəfərov avtomobili ilə təsədüfən həmin ərazidən keçərkən ona məxsus qeyri-yaşayış sahəsinin başqası tərəfindən təmir edildiyini görüb.

Məlum olub ki, eyni ünvanda yerləşən obyekt təxminən 3 dəfəyə yaxın baha qiymətə 2023-cü ilin may ayının 5-də Şaban Məmmədova satılıb.

Hər iki şəxs baş vernləri aydınlaşdırmaq üçün şirkət rəhbəri ilə görüşüblər. Üç tərəfli razılaşmaya əsasən, obyekt Şaban Məmmədovda qalmalı, əvəzində isə Nail Məmmədova bazar dəyərinə uyğun vəsait və ya əvəzinə başqa obyekt sahəsi verilməlidir.

Nail Məmmədov deyir ki, indiyə qədər ona verilən vədlərə tam əməl edilmir.

Obyektin ikinci sahibi də məsələnin MTK tərəfindən tezliklə həll edilməsini istəyir.

Sözügedən iddialarla bağlı MTK-nın nümayəndəsi Ramin Cəbayılov bildirildi ki, 1 obyektin iki nəfərə satılmasının səbəbi sırf texniki xəta üzündən baş verib.

Nail Cəfərov isə dedi ki, artıq şirkətlə razılıq əldə edilib və lazımı prosedurlar həyata keçirilir.

Daha ətraflı süjetdə.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
avtosfer.az

3Mənbələr