AZ

Etiraz aksiyasının iştirakçıları Tbilisinin küçələri ilə yürüşə başlayıb

Gürcüstanda parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyasının iştirakçıları Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil ediblər.

Etirazçılar parlamentin, hökumət evinin, Xarici İşlər Nazirliyinin yerləşdiyi Tbilisinin Mtatsminda rayonundan keçərək Azadlıq meydanı istiqamətində hərəkət ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, qurum rəhbərliyi parlament binası ətrafından xüsusi təyinatlıları və polisi çıxarmaq qərarına gəlib.

Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Qanunverici orqanın divarları önündə minlərlə insan layihənin qəbuluna etiraz edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
azpost.info

3Mənbələr