AZ

Naxçıvan sakini ocaq qalamaq istəyərkən ehtiyatsızlıqddan yanıb

Naxçıvanda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bayramova Şəhla Muxtar qızı həyətində ocaq qalamaq üçün benzindən istifadə edib.

Bu zaman ehtiyatsızlıqdan yandırıcı maye onun üzərinə tökülüb və xəsarətlər alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
apa.az

2Mənbələr