AZ

Türkiyə ordusunun əsgəri bədbəxt hadisə nəticəsində şəhid olub

Türkiyə ordusunun bir əsgəri "Pence-Kilit" bölgəsində ildırım düşməsi nəticəsində şəhid olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Qəhrəman silahdaşımız piyada mütəxəssis çavuş Sait Toktaş "Pence-Kilit" əməliyyatı bölgəsində mövqemizə ildırım düşməsi nəticəsində şəhid oldu. Bu bədbəxt hadisədə həyatını itirən sevimli şəhidimizə Allah rəhmət eləsin. Mərhumun ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə dərin ağrı və hüznlə başsağlığı veririk".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
iqtisadiyyat.az

2Mənbələr