AZ

“Az büdcə ilə yaxşı komanda yaratmaq çətindi”

1-ci liqanın 23-cü turunda “Araz Saatlı” evdə “Karvan”a 2:4 uduzandan sonra daha bir istefa reallaşdı.

Saatlı təmsilçisinin baş məşqçisi Rüfət Quliyev getməyi lazım bildi. Maraq üçün bildirək ki, o, Quliyev 5-ci turdan etibarən region komandasının “sükanı arxasında” idi. 4-cü turda “İrəvan”dan səfərdə alınan acı məğlubiyyət (0:7) Şəhriyar Məmmədovun istefasına səbəb olmuşdu. Bəs Rüfət Quliyev iyunu – müqavilə müddətinin başa çatacağı tarixi niyə gözləmədi? Rüfət bəy istefa qərarına hələ aylar əvvəl gəldiyini bildirdi:
“Qış fasiləsindən sonra “Şamaxı”ya 0:4 uduzanda istefa vermişdim. Amma rəhbərlik qəbul etmədi. Bu dəfə isə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Nəticə olmadığı halda getmək ən düzgün qərar idi. Çox çalışdım ki, nəyisə dəyişim, alınmadı. Büdcə sıxıntısı var. Az büdcə ilə də yaxşı komanda yaratmaq çətindi, nəinki hansısa yüksək pillələr uğrunda mübarizə aparmaq. Alınmadısa, deməli, getməliydim. “Araz Saatlı”ya uğurlar arzulayıram. Ümid edirəm ki, işimdən narazı qalmayıblar”.


51 yaşlı mütəxəssis gələcək karyerası barədə isə bunları dedi:
“Əksəriyyətistefa verdiyimi yeni öyrənir. Hansı təklif yoxdu. Güman ki, yaxın müddətdə təkliflər olar. Bu vaxta qədər necə futbolla yaşamışamsa, bundan sonra da futbolda olacam”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
football-plus.az

1Mənbələr