AZ

TV-lərdə ən çox hansı məzmunda veriliş hazırlanır? – STATİSTİKA

2024-cü ilin birinci rübündə (yanvar, fevral və mart aylarında) Azərbaycan televiziya kanallarında yayımlanmış proqramların 23,5 %-ni informasiya və analitik proqramlar təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Qeyd edilib ki, sıralamada daha sonra idman proqramları (15,2% ilə), musiqili və əyləncəli formatda proqramlar (13,9 % ilə) və reklam məzmunlu materiallar (12 %) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4 % olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
8
konkret.az

10Mənbələr