AZ

Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ

Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ

Sunami ən böyük dağıdıcı təbiət hadisəsidir. Bu söz yaponca "liman" mənasını verən "tsu" və "dalğa" mənasını verən "nami" sözlərinin birləşməsindən yaranıb. Yaponiya yerləşməsi səbəbindən təbiətin bu dağıdıcı qüvvələrinə tez-tez məruz qalır. Bütün təbii fəlakətlər arasında, sunamilər bu ölkənin tarixində xüsusi yer tutur, böyük dağıntılara səbəb olur və minlərlə insanın həyatına son qoyur.

BAKU.WS Yaponiyada indiyə qədər baş verən ən dağıdıcı sunamilərin siyahısını təqdim edir:

1586-cı ildə baş verən İse-Bey sunamisi

1586-cı il yanvarın 18-də Yaponiyanın Ise Körfəzi ərazisində 8,2 bal gücündə sunami yaradan güclü zəlzələ baş verib. Dalğaların hündürlüyü 6 metrə çatıb və bir neçə şəhərdə ciddi dağıntılar olub. İse Körfəzindəki sunami nəticəsində 8 mindən çox insan həlak olub, zərər isə çox böyükdür.

1707-ci ildə baş verən Nankaydo sunamisi

1707-ci il oktyabrın 28-də Nankaydo bölgəsində 8,4 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ Sakit okean sahilində 25 metrə qədər yüksəklikdə dalğalarla sunamiyə səbəb oldu. Osaka şəhərində də ciddi zərərlər qeydə alınıb. Ümumilikdə, təxminən 30 min bina zərər görüb və təxminən 30 min insan ölüb.

1896-cı ildə baş verən Sanriku sunamisi
1896-cı il iyunun 15-də Yaponiyanın Sanriku sahilində 7,6 bal gücündə zəlzələ baş verib və bu sunamiyə səbəb olub. Sirahama rayonunda dalğanın hündürlüyü 38,2 metrə çatıb və 11 mindən çox evin dağıdılmasına və 22 mindən çox insanın ölümünə səbəb olub. Çinin şərq sahilində də təxminən 4 min nəfərin ölümü ilə nəticələnən və tarlalara ciddi ziyan vuran sunami qeydə alınıb.

1771-ci ildə baş verən Ryuyku adalarındakı sunami

1771-ci il aprelin 24-də Yaponiyanın Ryukyu adalarında 7,4 bal gücündə zəlzələ baş verdi, sunami yarandı. Bölgədəki bir çox adaya ziyan vurdu. Ən ciddi zərərlər Ishigaki və Miyako adalarında qeydə alınıb. Ishigaki adasında dalğaların hündürlüyünün 85,4 metrə çatdığı iddia edildi. Ümumilikdə 3137 ev dağıdıldı və təxminən 12 min insan həlak oldu.

2011-ci ildə Sakit okeanın şimal sahilidəki sunami

2011-ci il martın 11-də Yaponiyada 10 metr hündürlüyündə və 800 km/saat sürətlə hərəkət edən dalğalar gətirən güclü sunami baş verdi. 18 mindən çox insan öldü. Bu sunami 9,0 maqnitudalı zəlzələdən qaynaqlandı. Təxminən 452 min insan sığınacaqlara köçürüldü və hələ də evsizdir. Dünya Bankının hesablamalarına görə, Yaponiyanın 235 milyard dollarlıq zərəri bərpa etməsi hələ bir neçə il çəkəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
sonxeber.az

2Mənbələr