AZ

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və Hampton sinaqoqunun təsisçisi ravvin Mark Şnayer ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə DQİDK sədri Ramin Məmmədov Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulayıb, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Həmçinin Azərbaycanı beynəlxalq aləmə layiqincə təqdim edən amillər sırasında respublikamızın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, bu istiqamətindəki problemlərin həllinə dəyərli töhfələr verdiyi qeyd olunub.

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və Hampton sinaqoqunun təsisçisi ravvin Mark Şnayer Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən olmasından məmnunluq duyaraq, ölkəmizin nümunəvi təcrübəyə malik platforma kimi mühüm rolunu vurğulayıb.

Görüşdə, həmçinin layihələrin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
azertag.az

1Mənbələr