AZ

Bölgə yolları yenə QƏZASIZ ÖTÜŞMƏDİVİDEO

Avtomobilin qəzaya uğraması ölümlə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, hadisə Ağstafa rayonunun  köçəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan  minik maşını ağaca, daha sonra qaz borusuna çırpılıb. Qəza nəticəsində avtomobildə olan 20 yaşlı kamal mikayılov, 22 yaşlı niyaməddin hüseynov və 21 yaşlı sənan hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Goranboy  rayon  sakini 19 yaşlı murad məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə avtomobildə olanların hamısı bakı dövlət univeristetinin qazax filialının tələbələri olub.

Tovuzda isə  yük maşını körpüdən çaya aşıb. Hadisə rayonun Şamlıq kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Gəncə şəhər sakini Elçin Köçərli idarə etdiyi  yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn minik avtomobili onun yoluna çıxıb. Nəticədə sürücü idarəetməni itirib və yüklü nəqliyyat vasitəsi körpünün məhəccərini qıraraq çaya aşıb. Yüngül xəsarət alan sürücü avtomobildən çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
xezerxeber.az

1Mənbələr