AZ

Ukraynanın müdafiə naziri istefa verə bilər – KİV

8 aydır vəzifəyə təyin olunan Ukraynanın müdafiə naziri Rustem Umerov istefa verə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Censor” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Umerov infrastruktur naziri ola bilər.

Rustem Umerov 2023-cü ilin sentyabrında Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilib. Onun sələfi Aleksey Reznikov təxminən iki il sözügedən vəzifədə çalışıb.

Umerovun müdafiə naziri kimi fəaliyyəti, ilk növbədə, səfərbərlik haqqında yeni qanunun qəbulu ilə yadda qalıb ki, bu qanunda hərbi xidmətdən yayınanlar üçün hüquqi məhdudiyyətlərin sərtləşdirilməsi nəzərdə tutulurdu.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
konkret.az

1Mənbələr