Olaylar.az xəbər verir ki, bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında danışıb.
"Biz "Xarici agentlər haqqında" qanunu qəbul edəcəyik, bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq", - Kobaxidze bildirib.
Hökumət başçısı qeyd edib ki, bu qanunun qəbulu Gürcüstanın Aİ-yə inteqrasiyasını sürətləndirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31