AZ

Milli Qızıl Avropa Liqası üçün toplandı

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.

Futbolpress.az xəbər verir ki,komandamızın məşqləri baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində təşkil olunub.

Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək.

Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.

Milli Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblərimiz Rumıniya və Ukrayna yığmaları olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
7
futbolpress.az

7Mənbələr