AZ

İstanbulda insident: 28 polis yaralandı, 210 nəfər saxlanıldı

İstanbulun Taksim meydanında 1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar tətbiq edilən qadağalara məhəl qoymayaraq polis əməkdaşlarına hücum edən 210 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, aralarında bəzi siyasi partiya və həmkarlar ittifaqı üzvlərinin də olduğu qruplar tətbiq olunan qadağalara məhəl qoymayaraq şəhərin müxtəlif nöqtələrindən Taksim meydanına yürüş etməyə cəhd göstəriblər. Qrup üzvləri bu cəhdin qarşısını alan polis əməkdaşlarına daş və bayraq çubuqları ilə hücum ediblər. İnsident nəticəsində xəsarət alan 28 polis əməkdaşı xəstəxanalara yerləşdirilib.

Qeyd edilib ki, 1 May münasibətilə şəhərdə təşkil edilən tədbirlərin təhlükəsizliyinin qorunması məqsədilə bu gün İstanbulda 42 min 434 polis əməkdaşı xidmət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
publika.az

5Mənbələr