Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən bildirilib. Görüşdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib. Azərbaycan-Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında yaxından əməkdaşlıq etdikləri vurğulanıb. Eyni zamanda Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.