AZ

Bəkir Bəkirzadə məşqçi olacaq

TikTok platformasından və Burak Özçivitin bənzəri kimi tanınan Bəkir Bəkirzadə futbol məşqçisi olacaq.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özü məlumat verib.

“Futbol çox gözəl bir idman növüdür. Demək olar ki, həyatımı futbola həsr etmişəm. 9 il peşəkar futbol oynamışam. “Zəngəzur” və Bakının “İnter” klublarında çıxış etmişəm. Hazırda da həvəskar futbol oynayıram. Azərbaycanda futbol inkişaf mərhələsindədir və bu artan inkişaf tendensiyasının bariz nümunəsi kimi Azərbaycan klublarını, xüsusilə də “Qarabağ”ın beynəlxalq arenada qələbələrini göstərə bilərik. Təbii ki, burada da baş məşqçinin fərdi peşəkarlığı özünü göstərir.

Mən futbolda azarkeşlikdən çox, məşqçi heyətinin əməyinin nəticəsindən daha çox zövq alıram. Bu, böyük və daim inkişafda olan bir sənətdir, elmdir. Futbolçuların fiziki hazırlığına, futbol taktikasının qurulması, oyun zamanı verilən çevik qərarlar, futbolçuları motivə etmək, komanda rəhbərliyinin tələbləri... Təsəvvür edin bunların hər birini nəzərə almaq, vaxtında düzgün qərarlar vermək və idarə etmək lazımdır.  Mən də bu inkişafda bir iştirakçı və beynəlxalq səviyyədə peşəkar baş məşqçi olmağı hədəf kimi seçmişəm. Çətin hədəfdir, amma buna nail olacağıma inanıram. Çünki bizdə çox istedadlı uşaqlar, gənclər var. İstəyirəm ki, onları üzə çıxartmaqda mənim də əlim olsun. Bilmək olmaz, bəlkə gələcəkdə dünya ulduzlarından biri mənim tələbəm oldu. Bu yaxınlarda məşqlərin məkanı, saatı və hansı yaş qrup gənclər olacağı barədə daha ətraflı məlumat paylaşacam”, - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
qafqazinfo.az

5Mənbələr