AZ

"Kənarda nəsə axtarmaq lazım deyil, günahkar özümüz olacağıq"

"İlk növbədə bizə dəstək olan bütün azarkeşlərə komanda adından təşəkkür edirəm.

Oyunda çox yaxşı ab-hava vardı.

Könül istərdi ki, çempionatın bütün oyunlarında belə atmosfer yaşansın, çünki futbolçu üçün əlavə motivasiyadır.

Maraqlı və gərgin mövsüm keçir. Komanda olaraq istəyirik ki, sezonu yaxşı sonluqla başa vuraq"

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 32-ci turunda "Qarabağ"ı məğlub edən (1:0) "Sumqayıt"ın yarımmüdafiəçisi Vüqar Mustafayev deyib.

"Kimyaçılar" hazırda 50 xalla ikinci pillədə qərarlaşır. Mustafayev sona 4 tur qalmış avrokubok şanslarını dəyərləndirib:

"Bizim kimi digər komandalar da bunun üçün mübarizə aparır. Qalan 4 oyun final əhəmiyyəti daşıyır.

Sonluq yaxşı olmasa, kənarda nəsə axtarmaq lazım deyil. Günahkar özümüz olacağıq".

Kapitan sonda özünün iştirakçısı olduğu və müzakirələrə səbəb olan son dəqiqələrdəki epizodla bağlı də danışıb:

"Daha əvvəl "Neftçi" və "Turan Tovuz"la matçlarda qapımıza verilən penalların doğru olduğunu demişdim. Son oyunda isə top bədənimə bitişik olan əlimə dəydi.

Bəziləri bunu penal kimi dəyərləndirir. Hakimin düz qərar verdiyini deyənlər də çoxdur. Məncə, hakim penal verməklə çox ağır qərar vermiş olardı".

XANOĞLAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sportinfo.az

1Mənbələr