AZ

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Dünya üzrə qlobal orta temperatur 2020-ci ildə sənayedən əvvəlki səviyyədən 1,2 dərəcə yüksək olub.

Sənaye inqilabından sonra istixana qazlarının miqdarı əhəmiyyətli dərəcədə artıb.

Bu da bütün dünyada iqlim dəyişikliyinə səbəb olub. 

IPCC AR6-nın ən son elmi məlumatları göstərir ki, bütün ölkələr tərəfindən emissiyaların daha təcili və sürətli azaldılması tələb olunur.


İqlim dəyişikliyinin isə bir çox fəsadları ortaya çıxıb. Bu dəyişiklik bir çox sahələri təsirsiz ötüşməyib. 

Valyuta.az onlardan bəzilərini təqdim edir. 

İqlim dəyişikliyi daha çox təbii fəsadlara səbəb olub. 

Bu dövürdə  tempratur artıb, quraqlıq və meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması və sahil əraziləri basması, bəzi yerlərdə geri çəkilməsi, biomüxtəlifliyin dəyişməsi, bəzi torpaqların istifadəyə yarasızlığı, daxili su ehtiyatının azalması kimi təbiət hadisələri baş verib.

İqlim dəyişikliyi özündə həm də sosial fəsadlara da səbəb olur.  İnsanların sağlamlığına, məşğulluğuna, təhsil sahəsinə də ziyanlar vurur. 

İqlim dəyişikliyi xüsusi ilə həssas əhali təbəqəsi üçün daha təhlükəlidir.

Bundan əlavə biznes sahəsində də müəyyən problemlər yaranır.  Demək olar ki, bir çox biznes sahələri bu dəyişiklikdən ziyan görür. Baş vermiş təbii hadisələr nəticəsində şəhər və rayonlarda olan infrastruktur və binalar zədələnir. Kənd və meşə təsərrüfatı, turizm sahələri ziyan görür. Hətta sığorta sahəsində də mövcud olan problemlərdən yaranan kəskin sığorta artımı baş verir. Bəzi sığorta şirkətləri də bununla da müflis olur. Biznes strukturları üçün də müəyyən ortaq problemlər yaranır. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
valyuta.az

1Mənbələr