AZ

Netanyahu ABŞ dövlət katibi ilə görüşüb

İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS ilə məhbus mübadiləsi razılaşması əldə etmək səylərini müzakirə etmək üçün İsrailə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

İsrail Mətbuat Ofisindən verilən yazılı açıqlamada Netanyahu və Blinkenin Qərbi Qüdsdəki baş nazirlik ofisində görüşdüyü bildirilib.

Açıqlamada, genişləndirilmiş görüşün Netanyahu ilə Blinkenin təkbətək görüşündən sonra keçirildiyi, lakin görüşlərin məzmunu ilə bağlı məlumat verilmədiyi bildirilib.

Digər tərəfdən, İsrailin "Walla" internet saytında yer alan xəbərə görə, Netanyahu, HƏMAS-ın Qəzza zolağına hücumlara son qoyulması tələbində israr etməyə davam edəcəyi təqdirdə əsir mübadiləsi razılaşmasını qəbul etməyəcəklərini bildirib.

Xəbərdə həmçinin Netanyahunun Blinkenə İsrail ordusunun əsir mübadiləsi razılaşması əldə olunmayacağı təqdirdə Rəfəha qurudan hücum edəcəyi mesajını verdiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
aznews.az

1Mənbələr