AZ

“Cığır” MDİD ictimai birliyi növbəti layihəsini icra edib

30 aprel tarixində “Cığır” MDİD ictimai birliyi dövlətçilik siyasətinə
və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa
hədəflənmiş növbəti layihəsini icra edib. Belə ki, Türkiyə Dəyanət Vəqfi
Bakı Türk liseyinin rəhbəri Kadir Bektaşoğlunun təşəbbüsü və Birliyin
birlikdə təşkilatçılığı ilə məktəblilər arasında sosial məsuliyyətin
aşılanması, sosial problemlərin həllində ictimai iştirakçılığın təbliği
və bu sahədə maarifləndirmə istiqamətində mühüm sosial hadisə
gerçəkləşib.
Ata himayəsindən məhrum uşaqların ali təhsil almalarına dəstək məqsədli
Birlik daxilində yaradılan “Elm ümmandır” təhsil təqaüdü proqramı
çərçivəsində könüllü xanımların hazırladıqları ev təamları,
şirniyyatlar, eyni zamanda Birliyin sosial sahibkarlıq layihə
məhsullarının məktəbin bufetində satışı keçirilmişdir. Bütün məktəb
kollektivinin, müəllimlərin, şagirdlərin şövqlə bu layihədə iştirakı və
dəstəyi, yaxşılıq etmənin gözlərdə yaratdığı sevinc və xoşbəxtlik,
məktəbin idarə heyətinin, müəllimlərinin xüsusi təşəbbüsü məktəbdə
öyrədilən dəyərləri ən gözəl şəkildə əks etdirirdi. Toplanan məvaciblə
yanaşı, gün ərzində məktəb bufetindən gələn qazanc da müdiriyyət
tərəfindən qeyd olunan uşaqların təhsili üçün ianə edilib.
Birlik Kadir müəllimə Azərbaycan dövlətçiliyinə, Türkiyə-Azərbaycan
qardaşlığına verdiyi hər töhfəsinə görə mənəvi dəyərlərin inkişafı adına
təşəkkürünü bildirib və qeyd edib ki,”Azərbaycan təhsilində belə
innovativ rəhbərliyin olması sevindirici hal olmaqla bərabər, bizlərə də
belə təşəbbüslü məktəblərin açılması və saylarının artması üçün böyük
motivasiyadır.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin bütün kollektivinə mənəvi
dəyərlərə sahib ali təhsilli insanların yetişməsi missiyasında
birliyimizə dəstəklərindən dolayı təşəkkür edir, onların dövlət,
insanlıq sevgisini qəlblərdə bu şəkildə yansıtmaqla hər kəsi xeyrə şahid
edərək sosial məsuliyyətləri ilə örnək olacaqlarına inanır, yeni
cığırlar açacaqlarına, digər məktəbləri də xeyirdə yarışa dəvət
edəcəklərinə ümid edirik. Orta məktəblərimizin belə təşəbbüsü ali bir
niyyətə qapı açmaq, sosial rifah, dövlətçilik ənənələrimizin
gücləndirilməsi, gələcəyimiz olan gənclərin sağlam rifahı üçün
əvəzsiz bir xidmətdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
veteninfo.az

1Mənbələr