AZ

Daşınmaz əmlak investorları “Sea Breeze”i seçirlər

®Daşınmaz əmlaka edilən yatırım bir sıra xüsusiyyətlərinə görə, daha etibarlı və rentabelli hesab olunur. Bununla bərabər, daşınmaz əmlak investoru da bəzi amilləri nəzərə almalıdır. Əmlakın yerləşməsi, tikinti şirkətinin reputasiyası, gəlirlilik göstəriciləri, mövcud infrastruktur və cari sakinlərin rəyləri çox vacib amillərdir. “Sea Breeze” artıq nəinki yerli, həm də xarici investorların diqqətindədir. Burada sakinlər və qonaqların rahatlığı üçün sosial obyektlər, idman qurğuları, əyləncə məkanları və mağazalar fəaliyyət göstərir. Dəniz kənarında yerləşən “Sea Breeze” kurort şəhərciyinə Bakının mərkəzindən yaxın zamanda açılacaq yolla 23 dəqiqəyə çatmaq mümkündür. Bütün bunlar sakinlər və qonaqların rahatlığı üçün görülən tədbirlərdir və müştəri məmnuniyyətinin artmasına səbəb olur. Burada investorlar üçün də hərtərəfli şərait yaradılıb. Belə ki, yatırım etmək istəyənlər üçün geniş mənzil seçimi təklif olunur.

Məsələn, “Polo Residences” və “Park Residences 2” komplekslərində studiya, 2 və 3 otaqlı mənzillər mövcuddur, hər bir mənzil təmirli təhvil verilir, üstəlik mebel və məişət texnikası da hədiyyə olunur. Buna görə də investorun əlavə qayğılara vaxtı getmir. Mənzilləri hissəli ödəniş və ya ipoteka ilə alıb icarəyə vermək olar. İcarədən əldə edilən passiv gəlirin həcmi isə 8% və daha çoxdur. Binalar ilin sonuna kimi təhvil veriləcək.

Artıq 12 mindən çox insan “Sea Breeze” sakinidir və bu kurort şəhərciyi getdikcə beynəlxalq səviyyədə daha da tanınır. Sadalanan amillər “Sea Breeze” layihələrinə investisiyanın səmərəli olmasına işarədir. Yatırımın nə qədər səmərəli və rentabelli olduğunu hesablamağa “Sea Breeze” mütəxəssisləri də yardım edə bilərlər. Bu zaman potensial investor üçün uyğun təkliflər seçilir və bütün istəklər nəzərə alınır.

Yatırım etmək nə qədər çətin və məsuliyyətli işdirsə, “Sea Breeze”ə yatırım bir o qədər sərfəli və rahatdır. Odur ki, daşınmaz əmlaka investisiya etmək üçün “Sea Breeze”i seçmək düşünülmüş addımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
banker.az

1Mənbələr