AZ

“Oturduğumuz budağın quruduğunu dərk etmirik, fəlakət qapının ağzındadır”

“Aramızdakı daxili parçalanma, nifrət və dözümsüzlük dağıdıcı, fəlakətli mərhələ həddinə çatıb. Xalq olaraq bu, bizim vahid siyasi və şəxsi gələcəyimiz üçün birbaşa təhlükədir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyası Baş Assambleyasının üzvü, parlamentin “Ermənistan” fraksiyasının üzvü Lilit Qalstyan deyib.

“İctimaiyyətin böyük bir hissəsi özünün, millətin, dövlətin gələcəyi qarşısında nə sosial, nə mənəvi, nə də vətəndaş məsuliyyəti hiss etmir. Oturduğu budağın quruduğunu, özünün məhvinin iştirakçısı olduğunu dərk etmir.

Xaos hakim siyasi qrupun əsas silahıdır, onun liderinin davranışının nəticəsidir. Biz gündəlik olaraq bununla qarşılaşırıq.

Bizi birləşdirə biləcək fenomen və dəyəri gözdən salmaq və öldürmək üçün ciddi işlər görülür. Bu, şüurlu şəkildə yönəldilmiş siyasətdir.

Milli hakimiyyətin, siyasi, mənəvi və dövlət institutlarının məhvi metodik şəkildə həyata keçirilir. Bu, millətin damarının dayanmayan qanaxmasına bərabərdir.

Çox adam başa düşmür. Hətta itirilmiş müharibələr və ya itkilər də bərpa edilə bilər. Millətin intiharı isə yox. Biz o yoldayıq, çoxları o prosesin cahil iştirakçıları və aktyorlarıdır.

Erməni Apostol Müqəddəs Kilsəsi bu xaosda hədəf olsa da, inandırıcı və ayaqda duran yeganə orqandır. Özünün məhv edilmiş nüfuzu, siyasi kursun iflası və geniş vüsət almış fiasko fonunda Erməni Apostol Müqəddəs Kilsəsinə hücum əmri verildi.

Yalan, şər, məğlubiyyət, fəlakət və inkarın sinonimi olan hökumət  isə dözmür.

Amma problem təkcə kilsənin deyil, problem bizim, hər kəsindir: millətin qanayan arteriyasını necə dayandıraq, yenidən özümüzü tapaq?”, – deyə deputat fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
konkret.az

1Mənbələr