AZ

Avropa Komissiyası Brüsseldəki binalarının bir hissəsini satır

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası aprelin 29-da Belçikanın suveren fondu olan “SFPIM” ilə Brüsselin Avropa bölgəsi adlanan ərazisində 23 ofis binasını 900 milyon avroya satmaq barədə müqavilə imzalayıb. 

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat verib.

Sazişin bir hissəsi olaraq “SFPIM” Brüssel hakimiyyəti ilə razılaşdırılmış formada şəhərin yaşıllaşdırılması planına uyğun olaraq ofis binalarını modernləşdirəcək. Binaların bir qisminin gələcəkdə yaşayış binasına çevrilməsi nəzərdə tutulub. Brüsseldə Avropa Komissiyasına məxsus olan və Avropa Məhəlləsi adlanan ərazidə yerləşən binaların satışı onun ofislərini “modernləşdirmək və yaşıllaşdırmaq” və karbon izlərini azaltmaq məqsədi daşıyır.

“Bu əməliyyat Avropa Məhəlləsini müasir, cəlbedici və yaşıl əraziyə çevirəcək. Burada ofis binaları yaşayış binaları, pərakəndə satış və istirahət məkanları ilə harmonik şəkildə birlikdə yaşamağa imkan verəcək”, - Avropa Komissiyası bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
banco.az

2Mənbələr