AZ

Polisdən qaçmaq üçün öz skuterini oğurladı - VİDEO

Polis əməkdaşlarının zəncirlədiyi skuteri oğurlayan şəxs görüntülənib.

Avtosfer.az xəbər verir ki, hadisə Taylandda qeydə alınıb.

Belə ki, aprelin 26-da Rusiya vətəndaşı olan şəxs yerli parkinq qaydalarını pozub. Bunu görən polis əməkdaşları motosikletin təkərinə zəncir quraşdırıb. Rusiyalı turist cərimə ödəmək əvəzinə bolt kəsici alıb. Onun köməyi ilə zənciri kəsərək skuterə minərək ərazidən uzaqlaşıb. Baş verənlər kameralara düşüb.

Nəticədə polis qayda pozan şəxsi müəyyən edərək saxlayıb. Şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini və daha ağır cəzadan qorxduğu üçün bu əməli törətdiyini etiraf edib. Şəxsi 500 min baht cərimə və 10 ilədək həbs cəzası gözləyir. Həmçinin turist Taylanddan deportasiya oluna və vizası ləğv edilə bilər.

Məhəbbət Tərlanoğlu

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
avtosfer.az

2Mənbələr