AZ

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirən şəxslər həbs olunub

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslər - Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

    Daha sonra hakim Azad Məcidov qərarı elan edib. Qərara əsasən vəsatət təmin olunub və onlar barəsində qətimkan tədbiri dəyişdirilib.

    Onlar məhkəmə zalından həbs ediliblər.

    Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    26
    7
    bakivaxti.az

    9Mənbələr