AZ

Canluici Buffon futboldakı gələcəyi ilə bağlı danışdı

İtaliya yığmasının və “Yuventus”un sabiq qapıçısı, əfsanəvi Canluici Buffon futbol dünyasındakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “La Repubblica” dərgisinə istinadən, italyan əfsanənin bu barədə cavabını təqdim edir:

“Mən gələcəyimi necə görürəm? Tutaq ki, idman direktoru kimi? Yoxsa baş məşqçimi? Mən hələ də sual işarəsi qoyuram. Amma yenə də zövq aldığım şeylərlə məşğul oluram. Mən mütləq işlə məşğul olmaq istəyirəm, ölüvay olmağı sevmirəm.

İdman direktoru kursu keçmişəm. Yanvar ayında mən, may ayında bitirəcəyim “Bokkoni Universiteti”ndə biznes və idarəetmə üzrə magistr dərəcəsi almağa başladım. Təsəvvür edirəm ki, bir futbol klubunda çalışacağam”, deyə Buffon bildirib.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Canluici Buffon futbolçu olaraq təqaüdə çıxdığını elan edib. Bundan sonra əfsanəvi sabiq qapıçı İtaliya yığmasının nümayəndə heyətinin yeni rəhbəri vəzifəsinə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
arena.az

1Mənbələr